Yazını böyüt
Yazını kiçilt
Bu gün Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Hafta.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Yığmamız F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə mübarizə aparacaq.
Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsinin qruplarında ilk iki pilləni tutan milli komandalar birbaşa Avro-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.